Kolumbiya prezidenti - Venesuelaya hücum ediblər, raketlərlə bombalayırlar, dərhal Amerika Dövlətləri Təşkilatı və BMT görüşməlidir
Kolumbiya prezidenti - Venesuelaya hücum ediblər, raketlərlə bombalayırlar, dərhal Amerika Dövlətləri Təşkilatı və BMT görüşməlidir

İndi Karakas bombalanır. Dünyanı xəbərdar edin – Venesuelaya hücum ediblər! – bu barədə Kolumbiya prezidenti Gustavo Petro sosial şəbəkədə yazır.

“Raketlərlə bombalayırlar. Amerika Dövlətləri Təşkilatı və BMT dərhal toplanmalıdır”, – deyə Kolumbiya prezidenti bildirir.

Məlumat üçün bildirək ki, Karakasda partlayış səsləri eşidilir, şəhərin üzərində aşağı hündürlükdə uçan təyyarə görünüb. Amerika mediasının məlumatına görə, ABŞ prezidenti Donald Tramp Venesuela daxilində zərbələrin endirilməsi barədə əmr verib.