Kobuleti və Tercola bələdiyyələrində yeni məktəblərin layihələndirilməsinə başlanılıb
Kobuleti və Tercola bələdiyyələrində yeni məktəblərin layihələndirilməsinə başlanılıb

İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu Kobuleti bələdiyyəsinin Çakvi qəsəbəsində və Tercola bələdiyyəsinin Bardubani kəndində yeni məktəblərin layihələndirilməsinə başlayır.

Gürcüstan İnfrastruktur Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, Çakvi məktəbi ən azı 2000 şagird üçün nəzərdə tutulub, Bardubanidə isə ən azı 200 şagird üçün nəzərdə tutulmuş məktəb inşa ediləcək.

“Hər iki layihə gələcəkdə müxtəlif regionlarda təkrarolunan model kimi istifadə olunacaq”, – İnfrastruktur Nazirliyinin məlumatında deyilib.