Kobuleti munisipalitetində, Oçxamuri qəsəbəsində qarayara xəstəliyinə yoluxma faktı qeydə alınıb
Kobuleti munisipalitetində, Oçxamuri qəsəbəsində qarayara xəstəliyinə yoluxma faktı qeydə alınıb

Milli Qida Agentliyinin Acara Regional İdarəsinin baytar həkimləri daxil olan məlumat əsasında Kobuleti munisipalitetinin Oçxamuri qəsəbəsində iki iribuynuzlu heyvandan patoloji material götürüblər və akkreditasiya olunmuş laboratoriyaya göndəriblər. Qarayara xəstəliyi laboratoriya tədqiqatı nəticəsində təsdiqlənib. Bu barədə Milli Qida Agentliyi məlumat yayır.

Qurumun məlumatına görə, nəticələr alındıqdan dərhal sonra Milli Qida Agentliyi epizootik məkanda bütün müvafiq tədbirləri həyata keçirməyə başlayıb, o cümlədən müəyyən edilmiş radius daxilində xəstəliyin törədicisi olan heyvanların məcburi peyvənd olunması.

“Hazırda 700-dən çox mal-qara peyvənd olunub, karantin zonasında heyvanların və nəqliyyat vasitələrinin hərəkəti, heyvan kəsimi və ətdən istifadə, heyvan mənşəli məhsulların istehsalı, ixracı və satışı qadağan edilib.

2025-ci ildə ölkə miqyasında qarayaraya qarşı profilaktik peyvənd tədbirləri çərçivəsində artıq xəstəliyə həssas olan 305 844 baş heyvan peyvənd olunub. Agentlik tərəfindən həyata keçirilən illik peyvəndləmə və vahid sağlamlıq çərçivəsində aparılan maarifləndirmə kampaniyaları nəticəsində heyvanlarda qarayara xəstəliyinə yoluxma halları 2013-cü illə müqayisədə 94%-dək azalıb.

Qarayara (Sibir yarası ) ev heyvanları və vəhşi heyvanlarda rast gəlinən yoluxucu xəstəlikdir. Qarayaraya insanlar da yoluxa bilər. İnsanın yoluxması əsasən xəstə heyvanın kəsilməsi, onun ətinin istifadəsi və ya çirklənmiş torpaqla təmas nəticəsində baş verir”, – Milli Qida Agentliyinin yaydığı məlumatda deyilib.