Kiyevin bombardmanı nəticəsində istilik sistemlərinin iri miqyaslı dayandırılması fonunda, Vitali Kliçko əhalini paytaxtı müvəqqəti tərk etməyə çağırır
Kiyevin bombardmanı nəticəsində istilik sistemlərinin iri miqyaslı dayandırılması fonunda, Vitali Kliçko əhalini paytaxtı müvəqqəti tərk etməyə çağırır

“Kiyevin bombardmanı nəticəsində istilik sistemlərinin iri miqyaslı dayandırılması fonunda, Kiyev meri, Vitali Kliçko, sakinləri müvəqqəti olaraq paytaxtı tərk etməyə çağırır.

Ukrayna mediasının məlumatına görə, bu gün Rusiya tərəfindən Kiyevin bombalanmasından sonra Ukrayna paytaxtında 6000-ə qədər yaşayış binası istilik sistemi olmadan qalıb. Şəhərdə həmçinin su təchizatında problemlər var.

Kliçkonun bildirdiyinə görə, 9 yanvar gecəsi Kiyevə edilən hücum paytaxtın vacib infrastrukturu üçün ən ağrılı hücum olub.

“Şəhər xidmətləri fövqəladə vəziyyət rejimində işləyir. Təəssüf ki, yaxın günlərdə hava şəraitinin çətin olacağı proqnozlaşdırılır. Paytaxt sakinlərinə müraciət edirəm ki, müvəqqəti olaraq şəhərdən kənara gedə bilənlər, alternativ elektrik və istilik mənbələrinin olduğu yerlərə getsinlər”, – deyə Vitali Kliçko bildirib.