Kiyev yaxınlığında döyüş sursatı anbarına Rusiyanın zərbəsi nəticəsində həlak olanların sayı 38-ə gədər yüksəlib, daha dörd nəfər isə itkin düşmüş hesab olunur

16:40, 30.08.2026

Kiyev yaxınlığında döyüş sursatı anbarına Rusiyanın zərbəsi və bundan sonra baş verən yanğın nəticəsində həlak olanların sayı 38-ə gədər yüksəlib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, daha dörd nəfər itkin düşmüş hesab olunur. Bununla yanaşı, xəsarət alanlar da var.

“Xilasedicilər yanğınların əksəriyyətini söndürə biliblər. Fövqəladə hallar xidmətinin pirotexnik bölmələri hadisə yerində 24 saat ərzində çalışırlar. Onlar partlayıcı təhlükəsi olan əşyaları aşkar edir və zərərsizləşdirirlər. Ərazinin çirklənmə miqyası böyükdür və işlər lazım olduğu qədər davam edəcək”, – deyə Zelenski bildirib.

“Deutsche Welle” nəşrinin məlumatına görə, Ukrayna Baş Prokurorluğunun Ofisi mümkün xidməti laqeydlik faktı üzrə cinayət işinin istintaqına başlayıb. “İstintaq təkcə Rusiyanın hücumunun bütün hallarını deyil, həm də onun nəticələrini əhəmiyyətli dərəcədə ağırlaşdıra bilən səbəb və şərtləri də müəyyən etməlidir. Xüsusilə, müəssisənin ərazisində partlayıcı təhlükəsi olan əşya və materialların yerləşdirilməsi və saxlanılmasının nə dərəcədə qanuni olduğu yoxlanılacaq.

Oxşar