Kiyev vilayətinin polis rəisi Rusiyanın raket hücumu nəticəsində Vişqorodda həlak olanların sayının 7-yə çatdığını, 42 vətəndaşın yaralandığını açıqlayır

10:10, 28.11.2022

 

Rusiyanın Kiyevin Vişqorod şəhərinə həyata keçirdiyi hücum nəticəsində həlak olanların sayı 7-yə çatıb, 42 vətəndaş yaralanıb. Bu barədə Kiyev polisinin rəisi Andrey Nebitov məlumat verib. Bundan başqa, o yaralananlar arasında altı uşaq olduğunu açıqlayıb.

Nebitov Vişqoroda hücumun “X-101” tipli raketlə həyata keçirildiyini bildirir. Nəticədə uşaq bağçası və məktəb binasına da ziyan dəyib.

Sumi bölgəsinə Rusiyanın hücumları davam edir. Hədəf Rusiyanın sərhəd rayonlarıdır . Dünən Zaporojie, Krivoy Roq və Donetsk vilayətlərinə raket zərbələri endirilib. Ən azı iki nəfər həlak olub.

Ukrayna Baş Qərargahında tarixləri dəqiqləşdirməsələr də, Rusiyanın yeni gizli səfərbərlik dalğasına hazırlaşdığını iddia edirlər. Onlar Rusiya hərbi komandirlərinin həm Ukraynanın işğal olunmuş ərazilərinə, həm də Belarusa əlavə qüvvələr yeritməyə hazırlaşdıqları barədə məlumat yayırlar.

Oxşar