Kiyev və Moskva arasında növbəti əsir mübadiləsi nəticəsində 45 döyüşçü Rusiyanın əsirliyindən azad edilib
Kiyev və Moskva arasında növbəti əsir mübadiləsi nəticəsində 45 döyüşçü Ukraynaya qayıdıb. Həmçinin, Ukrayna iki hərbçinin cəsədini qaytarıb. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayır.
Yermak azad edilənlər arasında əsgər və çavuşların da olduğunu bildirib.
“Növbəti əsir mübadiləsi baş verdi – Ukrayna Silahlı Qüvvələrinin 45 döyüşçüsünü azad edə bildik. Onların arasında döyüşlərdə dövlətimizi qoruyan əsgər və çavuşlar da var. Həmçinin biz həlak olmuş iki müdafiəçinin cəsədini geri qaytara bildik” – deyə Andrey Yermak “Telegram” kanalında yazır.