Kiyev meri Vitali Kliçko Kiyevin mərkəzində bir neçə partlayış baş verdiyini bildirir
Kiyevdə partlayış səsləri eşidilib. Bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verir.
Kliçko Kiyevin mərkəzində, Şevçenkove rayonunda bir neçə partlayışın baş verməsi və bütün şəhər xidmətlərinin hadisə yerində olması barədə yazır.
Bununla yanaşı, Ukrayna mətbuatı paytaxtda üç partlayışın baş verdiyini yazır.