Kiyev meri – Ukraynanın hava hücumundan müdafiəsi Rusiya qüvvələrinin Ukrayna paytaxtı istiqamətində atdığı 7 kamikadze dronu zərərsizləşdirib

12:12, 30.12.2022

 

Dekabrın 30-da gecə Rusiya qüvvələri Ukraynanın paytaxtı istiqamətində 7 kamikadze dron buraxıblar, onların hamısı Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən zərərsizləşdirilib-bu barədə Kiyev meri Vitali Kliçko açıqlayıb.

O, dronların qalıqlarının Kiyevin Qoloseyevski rayonunda iki tikiliyə ziyan vurduğunu bildirib.

“Müdafiə qüvvələrimizin məlumatına görə, 7 kamikadze dron Kiyevə istiqamət götürübmüş, onlardan ikisi paytaxt ətrafında, beşi isə Kiyev səmasında vurulub. Qalıqların düşməsi nəticəsində Qoloseyevski rayonunda yaşayış evinin və bir qeyri-yaşayış binasının pəncərələri zədələnib. Xəsarət alanlar yoxdur” – deyə Kliçko açıqlayıb.

Oxşar