Kit Kelloq - Rusiya-Ukrayna danışıqlarının ən müsbət nəticəsi ondan ibarətdir ki, hər iki tərəf min hərbçinin geri qaytarılmasını planlaşdırır, 400-dən çoxu artıq geri qayıdıb
ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq əsir mübadiləsini İstanbulda Rusiya-Ukrayna danışıqlarının ən müsbət nəticəsi hesab edir, – bu barədə o, X sosial şəbəkəsində yazıb.
“Ötən həftə İstanbulda keçirilən Rusiya-Ukrayna texniki danışıqlarının ən müsbət nəticəsi: hər tərəfdən min hərbçinin qayıtması planlaşdırılır, 400-dən çox hərbçi geri qayıdıb. Bu işdə göstərdiyi köməyə görə Rustem Umerova təşəkkür edirik. Bizə atəşkəs lazımdır, qətllərə son qoyulmalıdır”, – Kit Kelloq sosial mediada yazır.
Ötən gün Rusiya ilə Ukrayna arasında mayın 16-da razılaşdırılmış əsir mübadiləsinin birinci mərhələsi baş tutub. Tərəflər hərbçilər və mülki şəxslər də daxil olmaqla 390 əsiri təhvil veriblər. Ukrayna prezidenti Volodimir Zelenski bildirir ki, əsirlərin mübadiləsi prosesi bu gün və sabah davam etməlidir. İstanbulda əldə olunan razılaşmaya görə, əsir mübadiləsi “min minə ” formulu əsasında keçirilməldir.