Kișinev hava limanında evakuasiya elan edilib, hadisə yerində minatəmizləyicilər var
Kișinev hava limanında evakuasiya elan edilib, hadisə yerində minatəmizləyicilər var

Kişinyov hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və evakuasiya elan edilib.

Yerli medianın məlumatına görə, sərnişinlərdən birinin baqajında partlayıcı maddənin tapıldığı ehtimal edilir.

Hadisə yerində sərhəd polisi nümayəndələri və Daxili İşlər Nazirliyinin ixtisaslaşmış bölmələri, o cümlədən minatəmizləyicilər var.

Bütün sərnişinlər və hava limanının əməkdaşları binadan çıxarılıb.

Reyslərə qeydiyyat dayandırılıb, bəzi reyslər isə gecikdirilə və ya başqa hava limanına yönləndirilə bilər.