Kirill Dmitriyev – Rusiya və Alyaskanı birləşdirəcək Berinq boğazı tuneli inşa ediləcək və layihənin davam etdirilməsinə dair razılaşma iyunun 5-də imzalanacaq
Rusiya ilə Alyaskanı birləşdirəcək Berinq boğazı tunelinin inşa edilməsi və layihənin davam etdirilməsi ilə bağlı razılaşma iyunun 5-də imzalanacaq. Bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev bildirib.
“Tunellə bağlı sabah yeniliklərimiz olacaq: biz tunelin layihələndirilməsinin davam etdirilməsinə dair razılaşma imzalayırıq. Tunel… ölkələrimiz arasındakı ən mühüm infrastruktur layihələrindən biri olacaq”, – Kirill Dmitriyev qeyd edib.
Oktyabr ayında Kirill Dmitriyev Rusiya ilə Alyaskanı Berinq boğazı vasitəsilə birləşdirəcək tunel layihəsini təqdim edib. Onun sözlərinə görə, ənənəvi üsullarla tikiləcəyi təqdirdə layihə 65 milyard dollardan baha başa gələcək, İlon Maskın “The Boring Company” şirkətinin texnologiyalarından istifadə edildikdə isə bu məbləğ səkkiz milyard dollardan az olacaq. Tikinti səkkiz ildən az vaxt apara bilər.