Kirill Dmitriev bildirir ki, Rusiya və Ukrayna münaqişənin diplomatik yolla həllinə yaxındır
Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriev bildirir ki, Rusiya və Ukrayna münaqişənin diplomatik yolla həllinə yaxındır. Dmitriev bu barədə “CNN”ə müsahibəsində danışıb.
Medianın məlumatına görə, Dmitriyev “diplomatik həll” dedikdə nəyin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
Bununla yaanşı, Dmitriev Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevin mövcud cəbhə xəttində atəşkəsə hazır olması barədə bəyanatını “böyük addım” adlandırıb.
“Bilirsiniz, onun əvvəlki mövqeyi belə idi ki, Rusiya tamamilə çıxmalıdır – beləliklə, mən düşünürəm ki, biz diplomatik həllə kifayət qədər yaxınlaşmışıq, hansı ki işlənib hazırlanıla bilər”, – Dmitriyev bildirib.
Məlumat üçün bildirək ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bu gün Maiamidə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəcək. Bu barədə “Politico” Ağ Evə istinadən məlumat yayır.