Kirill Budanov -“1000/1000” formulu ilə əsirlərin mübadiləsi böyük ehtimalla gələn həftə baş tutacaq
Kirill Budanov -“1000/1000” formulu ilə əsirlərin mübadiləsi böyük ehtimalla gələn həftə baş tutacaq

Rusiya ilə “1000/1000” formulu ilə əsirlərin mübadiləsi böyük ehtimalla gələn həftə baş tutacaq, – bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

“Ümid edirəm ki, bu gələn həftə baş verəcək. Başa düşürsünüz ki, mübadilə olacaq, belə deyək, kimi gətirə bilsək, gətirəcəyik”, – Kirill Budanov bildirib.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Rüstəm Umerov bildirib ki, İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna “1000/1000 formulu ilə” əsirlərin mübadiləsinə razılaşıblar.

Onun dediyinə görə, həmçinin danışıqlar zamanı Rusiya və Ukrayna prezidentlərinin görüşünün mümkünlüyü də müzakirə olunub.