Kir Starmer - Vaşinqtonda baş vermiş hadisələr məni şoka saldı, demokratik institutlara və ya mətbuat azadlığına hər hansı hücum sərt şəkildə pislənməlidir
Kir Starmer - Vaşinqtonda baş vermiş hadisələr məni şoka saldı, demokratik institutlara və ya mətbuat azadlığına hər hansı hücum sərt şəkildə pislənməlidir

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulunda baş vermiş atışmaya münasibət bildirir.

“Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş vermiş hadisələr məni şoka saldı. Demokratik institutlara və ya mətbuat azadlığına hər hansı hücum sərt şəkildə pislənməlidir.

Prezidentin, Birinci Xanımın və bütün iştirakçıların təhlükəsiz olması böyük bir rahatlıqdır”, – Starmer sosial şəbəkədə yazır.

ABŞ-da Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib.