Kir Starmer Pakistanda uğursuz danışıqlardan sonra İran və ABŞ-ı həll yolu tapmağa çağırır
Böyük Britaniyanın Baş naziri Kir Starmer Pakistanda uğursuz danışıqlardan sonra İran və ABŞ-ı həll yolu tapmağa çağırır.
Kir Starmer Oman sultanı ilə söhbəti zamanı bildirib ki, atəşkəsin davam etdirilməsi “həyati əhəmiyyət daşıyır” və tərəflərin eskalasiyadan çəkinməsini müsbət qiymətləndirib.
Məlumat üçün bildirək ki, ABŞ və İran arasında Pakistanda keçirilən danışıqlar uğursuzluqla başa çatıb. Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens danışıb.