Kir Starmer - münaqişəni işıqlandıran reportyorlar qorxmadan işləyə bilməlidirlər, İsrail jurnalistlərin öz işlərini təhlükəsiz şəkildə yerinə yetirmələrini təmin etməlidir
Kir Starmer - münaqişəni işıqlandıran reportyorlar qorxmadan işləyə bilməlidirlər, İsrail jurnalistlərin öz işlərini təhlükəsiz şəkildə yerinə yetirmələrini təmin etməlidir

Britaniyanın Baş naziri Kir Starmer Qəzzada “Əl-Cəzirə” jurnalistinin qətlə yetirilməsi ilə bağlı dərin narahatlığını ifadə edib.

“Münaqişəni işıqlandıran reportyorlar beynəlxalq humanitar hüquqla qorunurlar. Jurnalistlər müstəqil şəkildə və qorxmadan işləyə bilməlidirlər. İsrail jurnalistlərin öz işlərini təhlükəsiz şəkildə yerinə yetirmələrini təmin etməlidir”, – Britaniya hökumətinin yaydığı bəyanatda qeyd edilib.

Bununla yanaşı, Böyük Britaniya hökuməti atəşkəs razılaşmasına, girovların azad olunmasına və humanitar yardımın gücləndirilməsinə fokuslandığını qeyd edir.

Məlumat üçün bildirək ki, “Əl-Cəzirə”nin məlumatına əsasən, bombardıman nəticəsində məşhur jurnalist Ənəs əl-Şərif və onun dörd operator həmkarı həlak olub.

İsrailin izah etdiyi kimi, onların əlində jurnalistin İsrailə raket hücumlarında iştirak etdiyinə dair sübutlar var.