Britaniyanın baş naziri Kir Starmerin bildirdiyinə görə, İsrail özünü müdafiə etmək hüququna malikdir. Həmçinin, Böyük Britaniyanın da İranın nüvə proqramı ilə bağlı “ciddi narahatlığı” var.
“Baş nazir İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu çox açıq şəkildə bəyan etdi və Birləşmiş Krallığın İranın nüvə proqramı ilə bağlı ciddi narahatlığını ifadə etdi. O, bir daha [Netanyahuyə] regionda sabitliyin təmin olunması naminə gərginliyin azaldılması və diplomatik həll yolunun vacibliyini bildirib”, – Kir Starmerin sözçüsünün bəyanatında deyilib.