Kim Çen İn ölkənin ən nüfuzlu yüksək rütbəli hərbi məmurunu vəzifəsindən azad edib
Kim Çen İn ölkənin ən nüfuzlu yüksək rütbəli hərbi məmurunu vəzifəsindən azad edib

 

Şimali Koreya lideri Kim Çen İn ölkənin ən nüfuzlu yüksək rütbəli hərbi məmurunu vəzifəsindən azad edib. Məlumatı “Reuters” yayır.

Medianın yaydığı məlumatda Pak Çen Çonun hakim Fəhlə Partiyasının, Mərkəzi Hərbi Komissiyasının sədr müavini və partiyanın Mərkəzi Komitəsinin katibi vəzifəsini tutduğu deyilir. İndi onu Ri İeon Gil əvəzləyib.

Bununla yanaşı, “Reuters” agentliyinin məlumatına əsasən kadr dəyişikliyi barədə komitənin illik iclasında məlum olub , lakin səbəb açıqlanmayıb.