Kiberhücum Brüssel və Berlin hava limanlarında ləngiməyə səbəb olub
Brüssel və Berlin hava limanlarında kiberhücum ləngiməyə səbəb olub. “Der Spiegel” məlumat yayır.
Medianın məlumatına görə, kiberhücumların hədəfi qeydiyyat və təyyarəyə minmə sistemləri olub.
“Bütün Avropada istifadə olunan təminatçının sistemində texniki nasazlıq səbəbindən qeydiyyat üçün gözləmə müddəti artıb. Problemin tez bir zamanda həlli üçün çalışırıq,” – Berlin hava limanında bildiriblər.
Brüssel hava limanında da kiberhücum təsdiqlənib. Hava limanı sərnişinlərə tövsiyə edir ki, reysin statusunu birbaşa aviakompaniya ilə yoxlasınlar və hava limanına vaxtından əvvəl gəlsinlər.