Xüsusi Penitensiar Xidmət bəyanat yayır
Xüsusi Penitensiar Xidmət bəyanat yayır

Xüsusi Penitensiar Xidmət bəyanat yayır.

Qurumun qeyd etdiyi kimi, konkret təqsirləndirilən şəxslərə/məhkumlara telefon danışıqlarının məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Xüsusi Penitensiar Xidmət “Pirveli” və “Tabula” teleşirkətləri tərəfindən təqsirləndirilən/məhkum olunmuş şəxslər (İrakli Nadiradze, İrakli Keraşvili və Quram Mirtsxulava) barədə telefon zənglərinin məhdudlaşdırılması ilə bağlı yayılan yanlış məlumatlara münasibət bildirir.

Təqsirləndirilən şəxsə həbs cəzasının icrası zamanı, eləcə də məhkum edilmiş şəxsə azadlıqdan məhrum etmə cəzasının icrası zamanı Gürcüstanın Konstitusiyası, beynəlxalq müqavilələri, Penitensiar Məcəlləsi və digər qanunvericilik və qanunla tənzimlənən normativ aktları ilə tanınan hüquq və azadlıqlarına, o cümlədən telefonla danışmaq və yazışmaq hüququndan faydalanmağa zəmanət verilib.

Yayılan bəyanatlarda göstərilən bütün şəxslər qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq məhdudiyyətsiz telefon zəngləri etmək hüququndan istifadə edirlər. On gündən bir telefon zəngləri etmək hüququnun məhdudlaşdırılması ilə bağlı yalan və təsdiqlənməmiş məlumatların yayılması ictimaiyyəti çaşdırmaq və Xüsusi Penitensiar Xidmətin fəaliyyətini nüfuzdan salmaq məqsədi daşıyır.

Həmçinin qeyd etmək lazımdır ki, telefon danışığı təqsirləndirilən/məhkum olunmuş şəxsin hesabına həyata keçirilir və telefon danışığı aparmaq üçün təqsirləndirilən/məhkum olunmuş şəxsin balansında müvafiq məbləğdə pul olmalıdır”,  – yayılan məlumatda deyilib.