Xorvatiyada məktəblərin birində hücum qurbanla nəticələnib

19:02, 20.12.2024

Xorvatiyada məktəblərin birində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində yeddi yaşlı uşaq həlak olub və bir neçə nəfər yaralanıb.

Ölkənin səhiyyə nazirinin bildirdiyinə görə, bu gün Zaqrebdə baş verən hücum zamanı bir müəllim də yaralanıb.

Yerli medianın məlumatına əsasən, ehtimal olunan hücumçu 19 yaşlı gənci və məktəbin keçmiş şagirdini hadisə yerində saxlayıblar.

Səhiyyə Nazirliyinin məlumatına görə, iki yetkin və beş uşaq müxtəlif xəsarətlər ilə xəstəxanaya yerləşdirilib.

Oxşar