Xorava küçəsində baş verən qətl işi üzrə şahidlərə təziq göstərmə ittihamı ilə yaxalan Merab Morçadzeyə qarşı həbs qətimkan tədbiri seçildi
Xorava küçəsində baş verən qətl işi üzrə şahidlərə təziq göstərmə ittihamı ilə yaxalan Merab Morçadzeyə qarşı həbs qətimkan tədbiri seçildi

Tbilisidə, Xorava küçəsində baş verən qətl işi üzrə şahidlərə təziq göstərmə ittihamı ilə yaxalan Merab Morçadzeyə qarşı həbs qətimkan tədbiri seçildi.

Hakim Giorgi Kerataşvili Prokurorluğun tələbini təmin etdi. Vəkil onun müdafiə etdiyinə qarşı girovun istifadə olunmasını tələb edirdi.

Morçadzeyə ittiham dünən, GCM-nin 372-ci maddəsinin ikinci hissəsi ilə irəli sürüldü.

Morçadzenin vəkilinin dediyinə görə, müttəhim törətdiyi ittihamı etiraf etmir.

Məlum olduğu kimi, prokurorluq həbs qətimkan tədbirin seçilməsini tələb edəcəkdi.

Bununla yanaşı, Xorava küçəsində baş verən qətl işi üzrə yaxalanan Mirza Subelianiyə ittiham GCM-nin 376-cı maddəsi ilə dünən irəli sürüldü və elə dünən ona qarşı həbs qətimkan tədbiri seçildi.

Xorava küçəsində baş verən qətl işi üzrə müttəhimlərə 10 il 6 ay və 9 il 9 ay həbs cəzası verildi.

Məhkəmə hökmü mayın 31-da iclasda müəyyənləşdirdi.

Tbilisidə, Xorava küçəsində iki yeniyetmıni 2017-ci ilin dekabrın 1-də yaraladılar. Onlardan biri xəstəxanaya çatdırılana qədər həlak oldu. İkincisi isə, bir neçə əməliyyata baxmayaraq, dekabrın 2-də xəstəxanada həlak oldu.