Xəstəliklər Nəzarətinin Mərkəzi - Qrip virusundan ölən hər iki pasientin xronik xəstəliyi var idi və heç birinə peyvənd ediməmişdi
Qrip virusundan ölən hər iki pasientin xronik xəstəliyi var idi və heç birinə virusa qarşı peyvənd ediməmişdi, – bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalına, Xəstəliklərin Nəzarət Mərkəzinin yoluxmayan xəstəliklər departamentinin rəhbəri Xatuna Xazaşvili verdi.
Onun dediyinə görə, pasientlər yetişkin insanlar idi. Başqa detallar haqqında mərkəzin nümayəndəsi danışmır.
Xəstəliklər Nəzarəti Mərkəzinin baş direktoru Amiran Qamkrelidze bəyan etdi ki, bu mərhələdə Gürcüstanda sadəcə iki tipli virus sirkulyasiya edir A və B tipli viruslar. Ancaq B tipli virus A tipli virusdan (H1N1, H3N5) daha yüngül simptomlarla keçir.
Qamkrelidzenin dediyinə görə, keçən ilin analoji dövrü ilə müqayisədə, bu il stasionarda ağır virus halları daha azdır.