Xaşuri-Axalsixe-Vale avtomobil yolunda hərəkət bərpa olundu

15:32, 01.02.2018

Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv təmizləmə işləri nəticəsində, Xaşuri-Axalsixe-Vale (Türkiyə Respublikasının sərhədi) beynəlxalq əhəmiyyətli yolun km30-km96 (Borcomi-Vale srhədi) hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti azaddır.

Xatırladaq ki, bu gün səhər, çoxlu qarın yağması səbəbindən, Xaşuri-Axalsixe-Vale beynəlxalq əhəmiyyətli yolun km30-km96 hissəsində yedəkli, yarımyedəkli və 30-dan çox yeri olan avtobusun hərəkəti qadağan idi. 

Oxşar