Xarici media Yaxın Şərq münaqişəsində həlak olanların sayı ilə bağlı məlumat yayır
“SkyNews” münaqişənin başlanğıcından bəri Yaxın Şərqdə həlak olanların sayı ilə bağlı yenilənmiş göstəricilər yayır. Nəşr İran hakimiyyətinə istinadən yazır ki, münaqişədə ən azı 1900-dən çox İran vətəndaşı həlak olub.
Amerika Birləşmiş Ştatlarında yerləşən İran İnsan Hüquqları Agentliyi HRANA-nın məlumatları fərqlidir, onların bildirdiyinə görə, həlak olanların sayı ən azı 3 486 nəfərdir. Bunlardan ən azı 1568 nəfər mülki şəxsdir, o cümlədən 236-sı uşaq. Həlak olanlar arasında 1211 hərbi qulluqçu var.
İsrail hakimiyyətinin bildirdiyinə görə, ölkədəki hücumlarda 19 nəfər həlak olub. Livana gəlincə, ən azı 1200 nəfər həlak olub, bir milyondan çox insan məcburi köçkün olub.
ABŞ vətəndaşlarına gəlincə, münaqişə başlayandan bəri Yaxın Şərqdə mövcud hərbi bazalarda on üç ABŞ vətəndaşı həlak olub, 300-dən çoxu isə yaralanıb.