Xarici media ABŞ-da baş vermiş hadisədən əvvəl Kerolayn Levitin sözlərini yayır - “Bu günkü çıxış klassik Donald C. Tramp üslubunda — gülməli və əyləncəli olacaq, bu axşam bir neçə atəş olacaq
Xarici media ABŞ-da baş vermiş hadisədən əvvəl Kerolayn Levitin sözlərini yayır - “Bu günkü çıxış klassik Donald C. Tramp üslubunda — gülməli və əyləncəli olacaq, bu axşam bir neçə atəş olacaq

Xarici medianın məlumatına görə, Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş vermiş atışmadan bir neçə dəqiqə əvvəl mətbuat katibi Kerolayn Levitt tədbirdə “bir neçə atəş” olacağını demişdi.

Hadisədən əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levit jurnalistlərə zarafatla bildirib ki, xalqa müraciət edən Donald Tramp, “hərəkətə hazır idi”.

„Sizə deyim ki, bu günkü çıxış Donald C. Trampın klassik çıxışı olacaq. Gülməli və əyləncəli olacaq. Bu gecə bir neçə “atəş” açılacaq. Hamı izləməlidir. bu, həqiqətən də əla olacaq“, — Kerolayn Levit bildirib.

Jarqon və yumoristik məcazi mənada “shots fired” ifadəsi, bir şəxs başqasına kəskin və ya təhqiredici cavab verdikdə, yaxud təhqiredici və ya mübahisəli bir hərəkət etdikdə istifadə olunur.

Xatırladaq ki, ABŞ-da Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib.