Xarici İşlər Nazirliyi – İspaniyada insanların tələfatına və böyük ziyana səbəb olan dağıdıcı daşqınla bağlı xəbərlərə görə dərindən məyusuq

18:48, 30.10.2024

Gürcüstan Xarici İşlər Nazirliyi İspaniyada baş verən və təlafatla nəticələnən daşqınla bağlı məyus olduğunu deyir.

Bu barədə Xarici İşlər Nazirliyinin sosial şəbəkədə yaydığı bəyanatda deyilib.

“İspaniyada insanların tələfatına və böyük ziyana səbəb olan dağıdıcı daşqınla bağlı xəbərlərə görə dərindən məyusuq. Bu çətin dövrdə bizim düşüncələrimiz ispan xalqı və zərər çəkmiş əhalinin yanındadır”, – Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Son məlumatlara görə, İspaniyanın cənub-şərq bölgəsində güclü yağışın səbəb olduğu daşqında 62 nəfər həlak olub. Fəlakət ən çox Valensiya bölgəsinə zərər vurub, burada leysan körpüləri, yolları, avtomobilləri və ağacları aparıb. Xilasetmə əməliyyatına mindən çox hərbçi cəlb oluunub. 100 mindən çox abonent elektrik enerjisiz qalıb.

Oxşar