Xarici İşlər Nazirliyi – ABŞ-ın səfirliyinin müvəqqəti işlərini icra edən şəxs izah edib ki, viza işi üzrə icraatın dayandırılması imiqrasiya vizalarına şamil edilir və digər məqsədlər üçün verilən vizalara təsir etmir
Amerika tərəfinin təşəbbüsü ilə Gürcüstan Xarici İşlər Nazirinin müavini Laşa Darsalia ilə ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən Alan Parsell arasında görüş keçirilib. Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, 15 yanvarda keçirilən görüş zamanı Amerika tərəfi nazir müavininə Dövlət Departamentinin müəyyən kateqoriyalı vizaların verilməsini müvəqqəti olaraq dayandırmaq qərarı barədə ətraflı məlumat verib.
Xüsusilə, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfir vəzifəsini icra edən şəxs izah edib ki, Gürcüstan vətəndaşları da daxil olmaqla, dünyanın 70-dən çox ölkəsinin vətəndaşları üçün viza işi üzrə icraatın dayandırılması yalnız immiqrasiya vizalarına şamil edilir.
“Qeyd etmək lazımdır ki, bu, digər məqsədlər üçün verilən vizalara şamil edilmir.
Görüş çərçivəsində ikitərəfli və çoxtərəfli məsələlər, eləcə də regionda cari hadisələr müzakirə olunub”, – məlumatda qeyd olunur.