Xalq müdafiəçisi - İctimai qulluqçuların konstitusiya ifadə azadlığı hüququ vardır, ictimai xidmətdə qəbul edilən kadr qərarı özbaşına xarakter daşımamalıdır
Xalq müdafiəçisi - İctimai qulluqçuların konstitusiya ifadə azadlığı hüququ vardır, ictimai xidmətdə qəbul edilən kadr qərarı özbaşına xarakter daşımamalıdır

İfadə azadlığı iş yerinə də şamil edilir və ictimai qulluqçularının bu hüquqdan istifadə etmək üçün konstitusiya hüququ var, dövlət qulluğunda qəbul edilən istənilən kadr qərarı bu hüququn müdafiəsinin konstitusiya təminatına tam uyğun olmalı və özbaşına xarakter daşımamalıdır, – bu barədə Xalq Müdafiəçisinin bəyanatında deyilib.

Xalq Müdafiəçisi ofisi Tbilisi munisipalitetinin meriyasının əməkdaşlarının müraciətinə, həmçinin digər ictimai qurumlarında çalışan ictimai qulluqçularının əmək hüquqları ilə bağlı məsələyə münasibət bildirir.

“Xalq müdafiəçisi bərabərlik prinsipinin vacibliyini vurğulayır və ictimai qurumların rəhbərlərinə xatırladır ki, ictimai qulluqçuların açıq şəkildə ifadə etdiyi vətəndaş mövqeyinə və ya fikirlərinə görə işdən azad edilməsi, tutduqları vəzifəni öz istəkləri ilə tərk etmələri ilə bağlı hər hansı göstərişin verilməsi yolverilməzdir və qanunsuzdur. Xalq müdafiəçisi ifadə azadlığının vacibliyini vurğulayır və ifadə azadlığından istifadə ilə bağlı ictimai qulluqçularının əmək azadlığının mümkün pozulması faktlarını öyrənəcək, tədqiqatın nəticələri barədə isə ictimaiyyətə məlumat verəcək”- bəyanatda deyilib.