Xada dərəsindəki qətl cinayətində ittiham edilən çoban – Smit ailəsini mən öldürmədim, onları iki xarici öldürdü və mənidə hədələdilər [Foto, video]

13:20, 11.07.2018

Xada dərəsində baş verən qətl cinayətində ittiham edilən 19 yaşlı Malxaz Kobauri bəyan edir ki, həm Amerika, həm Gürcüstan vətəndaşları olan Raian və Lora Smit və onların dörd yaşlı uşaqlarını o öldürməyib.

Bu bəyanatı ittiham edilən şəxs Mtsxeta Rayon Məhkəməsində verdi.

“Onları mən öldürməmişəm, iki xarici kişi var idi, öncə öldürdülər, sonra isə, məni hədələdilər ki, qardaş-bacılarını öldürəcəyik” – dedi həbs edilən Kobauri.

Məhkəmədə 19 yaşlı çobana veriləcək cəza tədbiriləri haqqında müzakirə aparılır.

İttiham edilən şəxs ona qarşı irəli sürülən suçlamaları rədd edir və qatil olmadığını bəyan edir.

Oxşar