Kevin Hemilton - Beş ildir ki, Rusiyanın Ukraynada müharibəsi davam edir, Yaxın Şərqdə münaqişə, qeyri-sabitlik var, NATO Cənubi Qafqazı sabitlik adası kimi görür
Bildiyiniz kimi, geniş geosiyasi vəziyyət olduqca kövrəkdir. Artıq beşinci ildir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi və təcavüzü davam edir, Yaxın Şərqdə münaqişə və qeyri-sabitlik var. NATO Cənubi Qafqazı sabitlik adası kimi görür, – bu barədə NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi səfir Kevin Hemilton Gürcüstanın Birinci Kanalına verdiyi müsahibədə bildirib.
Kevin Hemiltondan mövcud geosiyasi vəziyyətdə NATO-nun Cənubi Qafqaz regionu və xüsusilə Gürcüstanla bağlı strategiyasının nədən ibarət olduğu soruşulub.
“Bilirsiniz ki, ittifaq fərqli ölkələrdən və fərqli prioritetlərdən ibarətdir. Ümumiyyətlə, Cənubi Qafqaz regionuna gəldikdə, bu region tez bir zamanda NATO üçün sabit bir zonaya çevrildi və biz onu dəstəkləməyə sadiqik”, – Kevin Hemilton bildirib.