Ketevan Tsixelaşvili - cari işğal şəraitində yaşayırıq və yanlış məlumatın yayılması təxribatdır
Barışıq və mülki bərabərlik məsələləri üzrə dövlət naziri, mediada yayılan məlumatı ki, Ququtiantkariyə dövlət idarələri nümayəndələri getməyiblər, yalan adlandırır.
Ketevan Tsixelaşvilinin bəyan etdiyinə görə, bu mövzu ilə manipulasiya ölkə və orada yaşayanlar üçün ziyan gətiricidir. Buna görə, dövlət naziri hamını məsələyə məsuliyyətlə yanaşmağa doğru çağırır.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2019-cu ilin avqustun 7-də, Qori munisipalitetinin Ququtiantkari kəndi yaxınlığında işğal qüvvələri tərəfindən süni bariyerlərin qanunsuz ucaldılması prosesi yeniləndi.