Kəşmirdə, Hindistanın nəzarətində olan hissədə hava limanı yaxınlığında on partlayış səsi eşidilib
Kəşmirdə, Hindistanın nəzarətində olan hissədə hava limanı yaxınlığında on partlayış səsi eşidilib

Kəşmirdə, Hindistanın nəzarətində yerləşən hissədə hava limanı yaxınlığında on partlayış səsi eşidilib. Bu barədə “Reuters” rəsmi şəxslərə istinadən məlumat yayır.

Medianın məlumatına görə, partlayışlardan əvvəl ötən gecə Cammu şəhəri üzərində səmada müşahidə edilən çoxsaylı mərmilərin səbəb olduğu elektrik kəsilməsi baş verib.

“Reuters”ın yazdığı kimi, Kəşmir bölgəsində Hindistan və Pakistanı ayıran xətt boyunca vəziyyət gərgin olaraq qalır.

Mayın 7-də Hindistan Pakistana və mübahisəli Kəşmir bölgəsinin Pakistanın nəzarətində olan hissəsinə raket zərbələri endirib.

Aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmirdə silahlı şəxslərin hindistanlı turistlər olan 26 nəfəri öldürməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Hindistan hökumətində cavab olaraq “terror infrastrukturuna” zərbələr endirdiyini bildiriblər. Pakistan hakimiyyəti aprel hücumunda iştirak etmədiklərini və Hindistanın vurduğu obyektlərin Nyu Dehlinin iddia etdiyi kimi terrorçu döyüşçülərin bazaları olmadığını iddia edir.