Kesaria Abramidzenin qətli işi üzrə 108-ci maddə ilə istintaq başladılıb
Didi Diğomidə baş vermiş faktla bağlı cinayət məcəlləsinin 108-ci, qəsdən adam öldürmə maddəsi ilə istintaq başladılıb. Bu barədə DİN-də Gürcüstanın Birinci Kanalına bildiriblər.
Kesaria Abramidzenin kişi dostu tərəfindən öldürüldüyü barədə məlumat yayılır. Ehtimal edilən cinayətkar şəxs hələ də saxlanılmayıb.
Hadisə yerində istintaq hərəkətləri aparılır.