Kersti Kaliulayd Gürcüstanın NATO-ya üzv olması barəsində - mütləq an gələcək və uzduzlar lazım olduğu kimi düzüləcək
Bu gün bu məsələ üzərində konsesus yoxdur, lakin bu o demək deyil ki, NATO-nun üzv ölkələri hərbi sahədə əməkdaşlıq etmək arzusunda deyillər, – bu barədə Estoniya Respublikası prezidenti, Kersti Kaliulayd Birinci Kanal ilə eksklüziv müsahibəsində bəyan etdi.
Kersti Kaliulaydın dediyinə görə, NATO-da hamı Gürcüstanın NATO tərəfindən keçirilən əməliyyatlarda verdiyi tövhəsini dəyərləndirir.
Elə onun bəyan etdiyinə görə, strateji səbr, islahatların gücləndirilməsi və söhbət lazımdır.
“Bəzən hesab edirsən ki, hər şeyi etmisən və əslində məqsədə nail olmaq üçün gözləməli olursan. Strateji səbr, islahatların gücləndirilməsi və söhbət lazımdır. Mütləq an gələcək və uzduzlar lazım olduğu kimi düzüləcək. Bu gün bu məsələ üzərində konsesus yoxdur, lakin bu o demək deyil ki, NATO-nun üzv ölkələri hərbi sahədə əməkdaşlıq etmək arzusunda deyillər. Əksinə biz fəal əməkdaşlıq edirik, ABŞ fəal əməkdaşlıq edir.
NATO-da hamı Gürcüstanın NATO tərəfindən keçirilən əməliyyatlarda verdiyi tövhəsini dəyərləndirir.
Biz NATO-ya üzv olana qədər uzun yol keçdik. Hər gün oyanırsan və görürsən ki, dünya haradadır, hansı çağırışlardır, münasibət bildirib növbəti gününü planlaşdırırsan. Öz işini davam etdirməlisən və arzu olanan an mütləq gələcək”, – Estoniya prezidenti bəyan etdi.