Kerolayn Livit - Donald Tramp hesab edir ki, Fələstin dövlətinin tanınması “HƏMAS” üçün mükafatdır
Kerolayn Livit - Donald Tramp hesab edir ki, Fələstin dövlətinin tanınması “HƏMAS” üçün mükafatdır

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Fələstin dövlətinin tanınması “HƏMAS” üçün mükafatdır, – bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit mətbuat konfransında bildirib.

Donald Trampın Fələstin dövlətinin bir neçə başqa ölkə tərəfindən tanınmasına münasibəti ilə bağlı sualı cavablandıran mətbuat katibi belə deyib: “Prezident bu qərarla razılaşmadığını açıq şəkildə bildirib”.

“O, bu barədə Böyük Britaniyada dostu, Baş nazir Starmerlə birlikdə danışıb. O hiss edir ki, bu qərar hazırda Qəzzada əsas məqsəd olan girovların azad edilməsinə heç bir kömək etmir. Bu qərar bu münaqişənin sona çatması və bu müharibənin bitməsi üçün heç nə etmir”, – Levit bildirib.