Keçmiş sinif yoldaşlarını yaralamaqda ittiham olunanın qətimkan tədbiri barəsində prokurorluq bəyanat yayır
Keçmiş sinif yoldaşlarını yaralamaqda ittiham olunanın qətimkan tədbiri barəsində Gürcüstanın Baş Prokurorluğu bəyanat yayır.
“Tbilisi Şəhər Məhkəməsi itihamçı tərəfinin müraciətini təmin etdi və ağırlaşdırıcı mühitdə qəsdən qətl cəhdində ittiham olunan yeniyetmə A.N.-ya qarşı qətimkan tdbiri olaraq həbs cəzası hökmünü çıxardı.
Hüquqmühafizəçilər A.N.-nı 2018-ci il fevralın birində yaxaladılar. Ona Gürcüstan Cinayət Məcəlləsinin 19, 109-cu maddəsinin ikinci hissəsinin “b” bəndi və 3-cü hissəsinin “a” bəndi ilə ittiham irəli sürüldü. Maddə onaltıdan iyirimi ilə qədər və ya ömürlük cəzanı nəzərdə tutur”, – Gürcüstanın Baş Prokurorluğu bəyanatında deyilir.