"KazMunayQaz" - Qazaxıstan 2025-ci ildə Aktau limanından Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə bazara 1,3 milyon ton neft tədarük edib
2025-ci ildə Qazaxıstan Aktau limanından Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə bazara 1,3 milyon ton neft tədarük edib.
Qazaxıstan mediasının məlumatına görə, bu barədə “KazMunayQaz” neftvə qaz şirkətinin mətbuat xidmətində bildiriblər.
Yayılan məlumata əsasən, 2026-cı ilə üçün gözlənilən həcm 1,6 milyon tona qədərdir.
Qazaxıstan Energetika Nazirliyinin göstəricilərinə görə, 2024-cü ildə Bakı-Tbilisi-Ceyhan marşrutu ilə təxminən 1,4 milyon ton Qazaxıstan nefti nəql edilib.
Ötən ilin oktyabr ayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft tranzitinin həcmini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığını bəyan edib.