Katolikos-Patriarx İkinci İlianın dəfn mərasimi ilə əlaqədar 22 martda Tbilisi ərazisində nəqliyyat hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq
Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın dəfn mərasimi ilə əlaqədar olaraq, 22 martda Tbilisi ərazisində nəqliyyat hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, məhdudiyyətlər həm şəxsi avtomobillərə, həm də bələdiyyə nəqliyyatına şamil olunacaq.
“22 mart saat 02:00-dan dəfn mərasimi başa çatana qədər nəqliyyatın hərəkəti aşağıdakı istiqamətlərdə tamamilə məhdudlaşdırılacaq:
Kür çayının sağ sahilində Qalaktioni körpüsündən Ortaçala istiqamətində hamamlara qədər;
Azadlıq meydanında, Rustaveli prospektində və Birinci Respublika meydanı da daxil olmaqla bütün birləşdirici küçələrdə;
Asatiani, Şalva Dadiani, Kote Apxazi, Puşkin, Vertsxli və Barataşvili küçələrində hərəkət məhdudlaşdırılacaq. Sololakidən hərəkətə yalnız Amağleba küçəsindən Çonkadze küçəsi istiqamətində icazə veriləcək, buradan nəqliyyatın hərəkəti Barnovi küçəsi ilə Dəyirmi Bağ istiqamətində və həmçinin Melikişvili prospekti istiqamətində mümkün olacaq.
Tabukaşvili, Çanturia, Virsaladze, Atoneli küçələri, Quru körpü, Zaarbrüken meydanı, Xetaqurov meydanında hərəkət tamamilə məhdudlaşdırılacaq. Həmçinin, hərəkət Barataşvili körpüsündə, Barataşvili yoxuşunda, Ketevan Dedopali prospektində Lex Kaçinski küçəsinin kəsişməsinə qədər məhdudlaşdırılacaq. Həmçinin, hərəkət Avlip Zurabişvili, Telavi və Tsurtsumia küçələrində də məhdudlaşdırılır.
Nəqliyyatın hərəkəti Avropa Meydanı, Qorqasali Meydanı, Qorqasali küçəsi, hamamların ətraf ərazisində məhdudlaşdırılacaq;
Kür çayının sol sahilində Qalaktioni körpüsündən Boçormi küçəsi və Levili sahilinin kəsişməsinə (“SOCAR”-ın baş ofisinə qədər) qədər nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Avtomobillər üçün alternativ marşrutlar:
“Laquna-Vere”dən hərəkət Qalaktioni körpüsü üzrə və həmçinin Mixeil Cavaxişvili yoxuşu vasitəsilə Kostava küçəsinə, Pilarmonia istiqamətində mümkün olacaq;
Avtomobillərin hərəkəti İnqoroğva küçəsi üzrə Qriboedov küçəsi vasitəsilə Pilarmonia istiqamətində mümkün olacaq;
Kaxeti şosesindən avtomobillərin hərəkəti Lex Kaçinski küçəsi üzrə, Boçormi küçəsinin kəsişməsinə qədər, “İsani” metro stansiyası istiqamətində mümkün olacaq.
Ortaçaladan, Qulia meydanından Qalaktioni körpüsünə qədər nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Jani Kalandadze və Ortaçala küçələrindən avtomobillər Qorqasali küçəsi üzrə yalnız Prokurorluq istiqamətində hərəkət edəcək.
Bununla yanaşı, Müqəddəs Üçlük Kafedralının ətrafındakı küçələrdə məhdudiyyətlər qüvvədə qalır.Daxili İşlər Nazirliyi və Tbilisi meriyası vətəndaşları fövqəladə hallar istisna olmaqla, avtomobillə hərəkətdən çəkinməyə çağırır”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.