Kasım-Jomart Tokayev - Qazaxıstan xüsusilə Transxəzər limanlarının modernləşdirilməsinə böyük əhəmiyyət verir
Kasım-Jomart Tokayev - Qazaxıstan xüsusilə Transxəzər limanlarının modernləşdirilməsinə böyük əhəmiyyət verir

Bizim nəqliyyat sahəsində, Qərb və Şərq arasında əlaqələndirmə istiqamətində böyük potensialımız var, – bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türkmənistanda Beynəlxalq Sülh və Etimad İlinə həsr olunmuş beynəlxalq forumda bildirib.

Onun dediyinə görə, Qazaxıstan Transxəzər limanlarının modernləşdirilməsinə böyük əhəmiyyət verir.

“Biz uzunmüddətli layihələr üçün əlverişli şərait yaradırıq. Həmçinin, bizdə nəqliyyat sahəsində, Qərb və Şərq arasında əlaqələndirmə istiqamətində böyük potensialımız var. Biz Rusiya, Çin, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan ilə birlikdə nəqliyyat sistemlərinin təkmilləşdirilməsində iştirak edirik”, – deyə Kasım-Jomart Tokayev bildirib.