Gürcüstanda Avropa İttifaqının səfiri Karl Hartsel bəyan edir ki, hakimiyyət və müxalifət nümayəndələri arasında çox faydalı disskusiya baş tutdu.
Onun dediyinə görə, dialoqun davam etdirilməsinə hamı razılaşır.
“Bildiyimiz kimi, Avropa İttifaqı elə başdan böyük diqqət yetirirdi ki, bu mövzu ilə bağlı mövqelərin yaxınlaşdırılması üçün ciddi dialoq vacib idi.
Bu problemlərlə biz iki həftə ərzində qarşılaşdıq. Bu uzunmüddətli dialoqda iştirakdan sonra demək istyirəm ki, çox sevinirəm, çünki tərəflər arasında çox faydalı disskusiya baş tutdu”, – Karl Hartsel bəyan etdi