Karl Hartsel - Brüsseldə Asosiasiya Şurasının İclasında Gürcüstanın baş naziri müsbət qarşılanacaq
Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel bəyan edir ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze bir neçə həftədən sonra keçiriləcək olan Asosiasiya Şurasının iclasında iştirak edəcək, harda onu çox müsbət ab-hava qarşılayacaq.
Bu bəyanatı Karl Hartsel jurnalistlərin suallarına cavab olaraq verdi.
“İclasda baş nazir müsbət qarşılanacaq və təbii ki, Brüsseldə müəyyən iradlar da olacaq, ancaq tənqid əsasən, struktur islahatların möhkəmlənməsi və asosiasiya razılaşmasının Gürcüstana verdiyi imkanların necə daha effektiv şəkildə istifadə edilməsi ilə bağlı olacaq.
Həmçinin, bütün hesabatlarda qeyd olunan, prezident seçkiləri zamanı baş verən yolsuzluqlar haqqında söz ediləcək. Tənqidlər ona görə lazımdır ki, ölkə 2020-ci ildə, seçkilərə daha yaxşı hazırnaşsın” – dedi Karl Hartsel.