Karib dənizi ölkələrində "Melissa" qasırğası nəticəsində həlak olanların sayı 50-ni ötüb
Karib dənizi ölkələrində "Melissa" qasırğası nəticəsində həlak olanların sayı 50-ni ötüb

Karib dənizi ölkələrində “Melissa” qasırğası nəticəsində həlak olanların sayı 50-ni ötüb. Bu barədə “Reuters” məlumat yayır.

Medianın məlumatına görə, “Melissa” son illərin Karib dənizi ölkələrini vuran ən güclü qasırğasıdır. Təbii fəlakət Yamayka, Kuba və Haitiyə dağıdıcı təsir göstərib.

Rəsmi məlumata görə, “Melissa” tərəfindən vurulan zərər 48–52 milyard dollar arasında qiymətləndirilir.

Yamaykada təbii fəlakət nəticəsində ən azı 19 nəfər həlak olub, 462 000-dən çox insan isə elektriksiz qalıb. Haitidə leysan yağışları nəticəsində azı 31 nəfər həlak olub, 20 nəfər itkin düşmüş hesab edilir.

Medianın məlumatına görə, qasırğa cümə günü, axşamı saatlarında nisbətən zəifləyib.