Karakasda partlayış səsləri eşidilir, şəhərin üzərində aşağı hündürlükdə uçan təyyarə görünüb
Karakasda partlayış səsləri eşidilir, şəhərin üzərində aşağı hündürlükdə uçan təyyarə görünüb

Venesuelanın paytaxtı Karakasda partlayış səsləri eşidilir və şəhərin üzərində aşağı hündürlükdə uçan təyyarə görünüb. Bu barədə “CNN” məlumat yayır.

Yayılan məlumata görə, Venesuelanın paytaxtında bir neçə güclü partlayış baş verib.

Karakasın bir neçə bölgəsi elektrik enerjisiz qalıb. Onların arasında böyük hərbi bazanın yerləşdiyi şəhərin cənub hissəsi də var.

ABŞ prezidenti Donald Tramp bir neçə dəfə bildirib ki, ABŞ Venesuelada narkotik ticarətinin mümkün şəbəkələrinə qarşı yeni tədbirlər görməyə hazırlaşır və qurudan zərbələrin “tezliklə” başlayacağını bəyan edib.

Yanvarın 2-də Venesuela narkotik ticarətinə qarşı mübarizə üçün ABŞ-la saziş hazırlamağa hazır olduğunu bildirib.