Kanadanın Baş naziri - Çinlə münasibətlərimiz ABŞ-la münasibətlərdən daha proqnozlaşdırıla biləndir
Kanadanın Baş naziri - Çinlə münasibətlərimiz ABŞ-la münasibətlərdən daha proqnozlaşdırıla biləndir

Kanadanın baş naziri Mark Karnı Pekindəki səfəri zamanı bildirib ki, ölkəsinin Çin ilə münasibətləri ABŞ ilə olan münasibətlərdən daha proqnozlaşdırıla biləndir.

Jurnalistin Çinin Kanada üçün ABŞ-dan daha proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş olub-olmadığı barədə sualına Karni Ottava və Vaşinqton arasındakı əlaqələrin “daha dərin” olduğunu, lakin Çinlə münasibətlərin daha proqnozlaşdırıla bilən hala gəldiyini deyib.

“ABŞ ilə münasibətlərimiz – və bu, yeni xəbər deyil – Çinlə müqayisədə daha çoxşaxəli, daha dərin və genişdir. Lakin, bəli, Çinlə münasibətlərin inkişafı baxımından son aylarda bu, daha proqnozlaşdırıla bilən hala gəlib və sonrakı nəticələri görə bilərsiniz”, – baş nazir bildirib.

Karni qeyd edib ki, Pekində keçirilən danışıqlar zamanı Kanada və Çin əməkdaşlıq barədə “səmimi söhbətlər” aparıblar.

Məlumat üçün bildirək ki, 16 yanvarda iki ölkə Kanadanın 2024-cü ildə ABŞ ilə tətbiq etdiyi Çinin elektrikli avtomobillərinə tətbiq etdiyi rüsumları azaldacağı ticarət müqaviləsi imzalayıb. Bunun müqabilində Çin Kanada kənd təsərrüfatı məhsullarına tətbiq edilən gömrük rüsumlarını azaldacaq.

Bundan başqa, yeni müqavilə Çinin Kanadanın enerji və istehlak malları sektorlarına investisiya qoymasını nəzərdə tutur. Öz növbəsində Kanada Çinin aerokosmik sənayesinə və yüksək texnologiyalı istehsala investisiya qoymağı planlaşdırır.