Kanadanın Baş naziri – ABŞ artıq Kanadanın etibarlı tərəfdaşı deyil, Donald Tramp ölkəmizin suverenliyinə hörmət etməlidir

13:34, 28.03.2025

Kanadanın baş naziri Mark Karni yaxın günlərdə ABŞ prezidenti Donald Trampla söhbət edəcəyini bildirib.

Bu, Mark Karninin baş nazir vəzifəsinə başlamasından sonra onların ilk dialoqu olacaq.

“Biz növbəti gün və ya iki gün ərzində danışacağıq”, – Kanadanın baş naziri bildirib və Donald Trampın ölkənin suverenliyinə hörmət etməli olduğunu əlavə edib.

Bununla yanaşı, Mark Karni ABŞ-ın artıq etibarlı tərəfdaş olmadığını bildirib.

“Hərtərəfli danışıqlarla biz müəyyən etimadı bərpa edə bilərik, lakin biz geri çəkilməyəcəyik. Biz ABŞ-dan asılılığımızı kəskin şəkildə azaltmalıyıq. Ticarət əlaqələrimizi başqa yerə köçürməli olacağıq”, – Kanadanın baş naziri qeyd edib.

Oxşar