Kanadada odlu silahdan atəş açılması nəticəsində iki nəfər həlak olub, beş nəfər isə yaralanıb

15:34, 12.07.2026

Kanadada odlu silahdan atəş açılması nəticəsində iki nəfər həlak olub, beş nəfər isə yaralanıb.

Hadisə Toronto şəhərində, küçə rəqsi festivalında baş verib. Hadisədən sonra hakimiyyət əhalini ətraf ərazini tərk etməyə və polisin bütün göstərişlərinə əməl etməyə çağırıb.

Toronto polis rəis müavininin məlumatına görə, şübhəli şəxs hələ saxlanılmayıb. Hücumun səbəbi məlum deyil.

Oxşar