Kanadada baş verən avtoqəzada Xokkey gənclər komandasının 14 üzvü həlak oldu

20:04, 07.04.2018

Kanadada, Tisdeil şəhərinin yanında, Saskaçevan əyalətində magistralda avtobusun yük maşını ilə toqquşması nəticəsində 14 nəfər həlak oldu.

Avtobusda Kanada Xokkey gəclər komandası yolçuluq edirdi. Onların yaşı 17-dən 21-ə qədər idi.

Tam olaraq, avtobusda 28 nəfər var idi. Yaralıları xəstəxanaya yerləşdirdilər və vəziyyətləri kritikdir.

Kanadanın baş naziri Castin Tryudo həlak olanların ailələrinə baş sağlığı verdi.

Oxşar