Kanada və Çin rüsumların azaldılması ilə bağlı razılığa gəliblər
Kanada və Çin rüsumların azaldılması ilə bağlı razılığa gəliblər

Kanadanın Baş naziri Mark Karni Pekinə səfərindən sonra iki ölkə arasında yeni ticarət razılaşmalarının və tərəfdaşlığın dərinləşdirilməsi haqqında bəyanat verib.

“Bu, tarixi və məhsuldar iki gün olub”, – Karni qeyd edib.

Baş nazir Mark Karninin dediyinə görə, Kanada, kənd təsərrüfatı məhsullarına tətbiq olunan rüsumaların azaldılması müqabilində, Çinlə razılaşaraq, Çinin elektrikli avtomobillərinə tətbiq etdiyi 100%-lik rüsumu azaldacaq.

Kanada baş nazirinin qeyd etdiyi kimi, Çin istehsalı olan elektrikli avtomobillərin ixracı Kanadaya ilkin olaraq 49,000 ədəd ilə məhdudlaşdırılacaq, bu isə beş il ərzində 70,000-ə qədər artacaq.

Kanada baş nazirinin dediyinə görə, Çin 1 martdan etibarən kanola gömrük rüsumlarını 15%-ə qədər azaldacaq. Bununla yanaşı, Kanada noxudu, lobya və xərçəng 1 martdan etibarən ən azı ilin sonuna qədər rüsumlara məruz qalmayacaq. Mark Karninin izah etdiyi kimi, bu, Kanada fermerlərinə 3 milyard dollara qədər gəlir gətirə bilər.

Jurnalistin Çinin, yoxsa ABŞ-ın daha etibarlı tərəfdaş olub-olmadığı ilə bağlı sualına cavab olaraq, Karni bildirib ki, Çinlə münasibətlər səmimi və birbaşa dialoq sayəsində “daha proqnozlaşdırıla biləndir”. Lakin, o, ABŞ ilə münasibətlərin “daha çoxşaxəli” olduğunu qeyd edib.